Dərc edilib: 02-08-2021

https://www.nuh.az/29529-.html

Milli Məclis polisi döyən deputatla bağlı QƏRAR verdi

02.08.2021 13:42:46

İqtisadiyyat

Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib.

"Report”un xəbərinə görə, toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.
E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.
Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Məsələ müzakirələrdən sonra parlamentin sabah - avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib