Dərc edilib: 03-08-2021

https://www.nuh.az/29539-.html

Makedoniyada meşə yanğınları başladı - Video

03.08.2021 10:46:09

LIVE

Makedoniya ölkənin şimalında başlayan meşə yanğınları ilə mübarizə aparır. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Koçana şəhərinin bir neçə fərqli ərazilərində başlayan yanğın paytaxt Skopyeni təhlükə altına atır. 

Belə ki, sosial mediada paylaşılan videolardan yanğının paytaxtın 100 km yaxınlığına qədər gəldiyini görmək mümkündür. Alovlar küləyin təsiri ilə evlərə də sıçrayıb. 

Mer Nikolço İliyev şəhərin üç tərəfdən təhlükə altında olduğunu bildirib və yanğının söndürülməsi üçün qurumlardan kömək istəyib. 

Məlumata əsasən, ölkə Prezidenti Stevo Pendarovski gün ərzində 170-ə yaxın əsgərin yanğınla mübarizə üçün cəlb olunduğunu açıqlayıb. O, həmçinin helikopterlərin də yanğınsöndürmə əməliyyatlarına cəlb ediləcəyini vurğulayıb. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib