Dərc edilib: 03-08-2021

https://www.nuh.az/29544-.html

Prezident Berdiməhəmmədov qırıcı təyyarəni özü sınaqdan keçirdi

03.08.2021 15:51:18

LIVE

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Balkan vilayətinə işgüzar səfər edib.


“Qafqazinfo” xəbər verir ki, bu məlumatı ölkənin Dövlət İnformasiya Agentliyi yayıb.

Məlumata əsasən, Q. Berdiməhəmmədov səfəri çərçivəsində Türkmənistan Silahlı Qüvvələrinin istifadəsinə yeni daxil olmuş müasir hərbi təyyarələrə baxış keçirib.

Türkmənistan Prezidenti həmçinin bu təyyarələrdən biri olan “Leonardo M-346FA” hərbi döyüş təyyarəsi ilə sınaq uçuşu həyata keçirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib