Dərc edilib: 05-08-2021

https://www.nuh.az/29559-.html

"Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdü - ANBAAN VİDEO

05.08.2021 11:30:07

Günün sitatı

Ukraynanın Odessa şəhərində gənc iş adamı avtomatla qətlə yetirilib.

Qaynarinfo-nun məlumatına görə, qətlə yetirilən şəxs Odessa şəhərində kiçik sahibkarlıqla məşğul olan Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədovdur.
Onun xüsusi krminal qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir. Artıq L.Məmmədovun qətl anı və cinayətkarın görüntüsü də yayılıb. 
Bildirilir ki, L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan krminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.
İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir. 
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib