Dərc edilib: 06-08-2021

https://www.nuh.az/29567-.html

Bakıda 13 yaşlı qız özünü 4-cü mərtəbədən atdı

06.08.2021 08:13:15

LIVE

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.

 


” “Report”   xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.V. özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə təcili yardımın köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib