Dərc edilib: 07-08-2021

https://www.nuh.az/29580-.html

Özbəkistanda COVID-19-u məhv edən cihaz hazırlandı

07.08.2021 10:11:26

LIVE

Özbəkistanda COVID-19 və digər virusları məhv edən cihaz hazırlanıb.


“Qafqazinfo” xəbər verir ki, Daşkənddəki Dövlət Sanitar-Epidemiologiya Nəzarəti Mərkəzində cihazın təqdimatı keçirilib.

Cihazın müəllifi, mühəndis Olim Yusupov bildirib ki, bu texnologiya COVID-19 və başqa yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.

“BioGenetik” adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, əsasən də COVID-19 virusundan təmizləmək gücünə malikdir.

“Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır”, - deyə o əlavə edib.

Hazırda bu texnologiya Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib