Dərc edilib: 08-08-2021

https://www.nuh.az/29590-.html

Gəncədə 41 yaşlı kişi 64 yaşlı anasını taxta ilə döyərək öldürüb

08.08.2021 12:30:07

LIVE

Gəncə şəhərində 41 yaşlı kişi anasını taxta parçası ilə döyərək öldürüb.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov iyulun 24-də sərxoş vəziyyətdə olarkən anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya taxta parçası ilə çoxlu zərbə vuraraq döyüb.

S.Rüstəmova aldığı xəsarətlərlə qızının evinə aparılıb. Avqustun 7-də orada vəfat edib.

Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib