Dərc edilib: 08-08-2021

https://www.nuh.az/29591-.html

Becan Fərzəliyev vəfat etdi

08.08.2021 12:43:42

LIVE

Salyanda jurnalist vəfat edib.  

"Report”un məlumatına görə, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan "Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.
F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, "Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.
Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib