Dərc edilib: 08-08-2021

https://www.nuh.az/29596-.html

Şabranda ər arvadını hərəkətdə olan avtomobildən yola tulladı

08.08.2021 18:35:41

LIVE

Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.
 

Hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini,1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.

Qadın xəstəxanada bildirib ki, yaranan mübahisə zəminində həyat yoldaşı tərəfindən hərəkətdə olan avtomobildən yola atılıb.

Faktla bağlı araşdırma aparılır. azmarka.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib