Dərc edilib: 09-08-2021

https://www.nuh.az/29602-.html

Türkiyəli iş adamı Odlar Yurdunun rektorunu məhkəməyə verdi

09.08.2021 22:22:06

Cəmiyyət

Muğanbank Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı türkiyəli iş adamı Altıntaş Eyyup Zəkidir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
 
Məhkəmə çəkişməsinin səbəbi müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə mübahisələrdir. "Muğanbank"ın səhmdarları aşağıdakı şəxslərdir:
Mehtiyev Maqbet Rəhim oğlu - 12.14%
Meytiyeva Fəridə Cahandar qızı - 10.52% 
Mehtiyeva Vəfa Əhməd qızı - 11.17%
Mehtiyev Elmir Maqbet oğlu - 66.17%.
Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva "Odlar Yurdu” universiteninin rektoru, keçmiş deputat Əhməd Vəliyevin qudaları, Vəfa Mehtiyeva qızı, Elmir Mehityev isə kürəkənidir. Keçmiş rektor "Muğanbank”da payçı olmasa da, bankın qeyri-rəsmi sahibi hesab edilir. 
Onu da qeyd edək ki, bundan əvvəl Binəqədi bələdiyyəsinin üzvü Rasim Gözəlovun qanuni təmsilçisi olduğu "Bakı Cihazqayırma Zavodu” və "Aqreqat İstehsalat Birliyi” MMC-lər "Muğanbak” ASC-ni məhkəməyə vermişdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib