Dərc edilib: 09-08-2021

https://www.nuh.az/29606-.html

Abel Məhərrəmovun SƏFİR oğlu boşandı

09.08.2021 23:27:17

Hadisə

Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb. 

Qaynarinfo-nun məlumatına görə, Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır. 
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın "əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib. 
Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək. 
Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib