Dərc edilib: 10-08-2021

https://www.nuh.az/29609-.html

Moskva məhkəməsi azərbaycanlı yumoristi 10 sutka məhkum etdi

10.08.2021 00:41:34

İdman

Moskvanın Taqansk Məhkəməsi İdrak Mirzəlizadənin ruslarla bağlı "uğursuz zarafatı”na görə 10 günlük həbs qərarı verib. 

Qaynarinfo xəbər verir ki, şoumen düşmənçilik və ya nifrət salmaqda ittiham olunub (İnzibati Məcəllənin 20.3.1-ci maddəsi).
Xatırladaq ki, Moskva prokurorluğu stendapçı İdrak Mirzəlizadəyə qarşı inzibati qaydada iş açıb. Məhkəmə işi üçün əsas İdrakın ksenofobiyanı lağa qoymağa qərar verdiyi, lakin onları çirkli (qəbuledilməz söz ehtiyatı) "döşək" ilə müqayisə edərək son dərəcə uğursuz zarafat etdiyi "Razqonı” şousundan bir parça olub. Nəzarət orqanını hərəkətə keçirən digər epizodlar da olub, - MK.ru yazır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib