Dərc edilib: 10-08-2021

http://www.nuh.az/29613-.html

Gürcüstanda 1 SUTKADA 54 NƏFƏR koronavirusdan öldü

10.08.2021 13:03:52

LIVE

Gürcüstanda koronavirusa yoluxma halları sürətlə artmağa davam edir.


“Qafqazinfo” ölkənin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinə istinadən xəbər verir ki, Gürcüstanda ötən sutka 5697 yeni yoluxma halı aşkar olunub.

Məlumata əsasən, son sutkada 54 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. 

Mərkəz qeyd edir ki, bu yoluxma sayı 2020-ci il fevralın 26-sından ölkədə koronavirus yayılmağa başlayandan bu yana qeydə alınan ən yüksək göstəricidir. 

Qeyd edək ki, ölkədəki gərgin vəziyyətə baxmayaraq ölkə rəhbərliyi hələ ki tam qapanmaya getmək və sərhədləri bağlamaq niyyətində deyil.

NUH informasiya agentliyi səhifəsindən çap edilib