Dərc edilib: 13-08-2021

https://www.nuh.az/29636-.html

Bakıda ifası hamını kövrəldən SÜPÜRGƏÇİ BƏY nəvəsi imiş (VİDEO)

13.08.2021 12:32:10

Cəmiyyət

İfası ilə hamını kövrəldən süpürgəçi Kafiyə Cəfərova yanğılı səsinin sirri haqqında Baku TV-yə danışıb.

Kafiyə xanım deyir ki, səsindəki yanğı, mahnıları ürəkdən oxuması yaşadığı ağrı-acılardandır. Əlinin qabarı ilə beş uşaq böyüdən qadının həyat yoldaşı 20 Yanvar faciəsi zamanı itkin düşüb.
Altı ildir süpürgəçilik edərək çörək pulu qazanmağa çalışan Kafiyə xanım deyir ki, zəhmətkeş insan ac qalmır. O, üç oğlu olmasına baxmayaraq, işləməyə davam edəcəyini söyləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib