Dərc edilib: 14-08-2021

https://www.nuh.az/29644-.html

Azərbaycanın Xalq artisti vəfat etdi

14.08.2021 10:12:29

Mədəniyyət

Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.

Bu haqda axşam.az-a aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.
Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000- ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib