Dərc edilib: 15-08-2021

https://www.nuh.az/29657-.html

Xalq artisti Üzeyir bəy Hacıbəyovu tanımır

15.08.2021 12:29:56

LIVE

“O insan ki, musiqini bilirsə, gözəl hafizəsi, yaddaşı, avazı var və bundan gözəl istifadə edirsə ona musiqiçi demək olar. Məsələn, Damla bir neçə dəfə Elgizlə mənim apardığım verilişdə qonaq olub. Orda Damlanın danışığına, dünyagörüşünə, görünüşünə, musiqiyə aid savadına və belə qənaətə gəldim ki, bunda musiqiyə aid heç nə yoxdur, sıfırdı. Demirəm ki, pis adamdı, amma savadı sıfırdı”
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Onun sözlərinə görə musiqi sahəsində kifayət qədər savadsız müğənnilərimiz var:
 
“O qədər misal çəkmək olar ki, Allah Səmədə (Səməd Səmədov) rəhmət eləsin. Yenə onun haqqında danışmaq istəməzdim. O boyda Xalq artisti fəxri adı aldı, amma bu adam Üzeyir bəy Hacıbəyovu tanımadı. Ona Xalq artisti adı vermişdilər, o, heç Əməkdar artist fəxri adına da layiq deyildi. Çünki balaca uşaq da bilir ki, bizim dövlət himnimizin müəllifi kimdir. Nə olar ki, rus dilində oxuyanda, biz də rus dilində oxumuşuq. Sən musiqiyə ancaq biznes fikriylə gəlmisən və maraqlanmamısan Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil kimdir. Bunları bilməyən insan musiqi aləmində uğur qazana bilməz. Damla da, Üzeyir Mehdizadə də həmçinin belə müğənnilərdəndir. Siz bunu başa düşün. Şəbnəm Tovuzlu həmçinin. Yalandan guya muğam oxuyur. Əksinə jurnalistlər onlara belə suallar verməklə reklam edirlər. Onun haqqında yazırsınızsa, demək var ki, yazılır. İlhamə xanımın bir sözü var idi deyirdi ki, filankəs var? Yəni ki, o yoxdur. Damla ola bilsin bir qadın kimi yaxşı insandır. Allah övladını saxlasın. Amma mən Əli Mirəliyev ondan xahiş edirəm ki, oxumaq kitabını bağlasın. Qəşəng qızdır, o qədər sahələr var ki, getsin işləsin. Bu sahədə o, özünü görə bilməyəcək”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib