Dərc edilib: 15-08-2021

https://www.nuh.az/29662-.html

“Taliban” təhlükəli məhbusları azadlığa buraxdı

15.08.2021 16:57:52

LIVE

Bütün Əfqanıstanı ələ keçirən radikal “Taliban” terror hərəkatının yaraqlıları yüzlərlə təhlükəli məhbusu “Pul-e-Charkhi” həbsxanasından buraxıb.


Bu barədə “Qafqazinfo” “The Wall Street Journal”a istinadən xəbər verir.

Qeyd edilir ki, “Pul-e-Charkhi” ölkədə ən böyük həbsxana sayılır.          

Azad edilmiş cinayətkarların arasında çox sayda talib və “Əl-Qaidə" terror təşkilatının üzvləri var. Terrorçular və qatillər kütləvi şəkildə Kabilə üz tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib