Dərc edilib: 15-08-2021

https://www.nuh.az/29664-.html

“Taliban” Prezident sarayını ələ keçirdi

15.08.2021 23:00:46

LIVE

"Taliban" Əfqanıstanın paytaxtı Kabildə Prezident sarayını ələ keçirib.


"Qafqazinfo" xarici KİV-ə isrinadən xəbər verir ki, bu gecə ölkədə iqtidarın dəyişəcəyi bildirilir.

"Taliban" Prezident sarayında ilk iclasını da keçirib. Məlumata görə, güc nazirlikləri inzibatı binalarını boşaldıb. "Taliban"ın sözcüsü Zabihullah Mücahitin sözlərinə görə,  hökumət qüvvələrinin Kabildən ayrılmasından sonra inzibati binalarda da nəzarət ələ keçirilib.

Onun sözlərinə görə, mülki insanların evinə heç kim daxil olmayacaq. O, təhlükəsizlik tədbirlərinin alıncağını bildrib.

Qeyd edək ki, ölkə prezidenti Əşrəf Qaninin Əfqanıstanı tərk edərək Tacikistana üz tutduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib