Dərc edilib: 18-08-2021

https://www.nuh.az/29679-.html

Əşrəf Qəni və MARŞAL DOSTUM Özbəkistandadır ?

18.08.2021 08:37:32

Reportaj

“Əfqanıstan Prezidenti Əşrəf Qani, keçmiş Əfqanıstan Prezidentinin köməkçisi, marşal Rəşid Dostum və keçmiş Bəlx valisi Nur Məhəmməd Attanın da aralarında olduğu yüksəkçinli əfqan rəsmilər Özbəkistanda deyil”.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, müxtəlif mətbuat orqanlarında yayımlanan belə xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, Talibanın Kabili ələ keçirməsindən sonra bəzi mətbuat orqanlarında Qani, Dostum və Attanın Özbəkistana getdiyinə dair xəbərlər yayılmış, özbək rəsmi dairələri bununla bağlı indiyədək hər hansı açıqlama verməmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib