Dərc edilib: 19-08-2021

https://www.nuh.az/29689-.html

Bərdədə qardaş bacısının başını kəsdi

19.08.2021 23:29:04

Hadisə

Bərdə sakini bacısını qətlə yetirib.


"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Belə ki, kənd sakini Cabbarov Fəqan Fəxrəddin oğlu qısqanclıq zəminində bacısı Nərmin Cabbarovanın başını kəsib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib