Dərc edilib: 21-08-2021

https://www.nuh.az/29703-.html

Əfqanıstandan dəhşətli görüntülər - VİDEO

21.08.2021 00:28:52

LIVE

Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra bu ölkədə yaşanan insanlıq dramı ilə bağlı müxtəlif görüntülər gündəmdədir.


“Qafqazinfo” xəbər verir ki, görüntülərdən birində ölkəni tərk edə bilməyən valideynin çarəsizliyi əksini tapıb.

O, Kabil Hava Limanına daxil ola bilmir və özü gedə bilməsə də, övladının ölkəni tərk etməsini istəyir. Bu məqsədlə övladını hava limanını qoruyan ABŞ hərbçilərinə uzadır.

Görüntülər Əfqanıstandakı xaos və çarəsizliyi gözlər önünə sərir.

Həmin videonu təqdim edirik:

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib