Dərc edilib: 22-08-2021

https://www.nuh.az/29721-.html

Peyğəmbərimiz(s.) döyüşlərdə casuslardan istifadə edirdimi?

22.08.2021 09:40:00

Günün sitatı

Casusluq dedikdə, düşməni tanımaq və ona aid olan xəbərləri çatdırmaq nəzərdə tutulur. Başqa sözlə desək, düşmənlə bağlı gizli xəbərləri öyrənmək və öz tərəfdaşlarına çatdırmaqdır.
 
Casusluq – ən qədim peşələrdəndir ki, tarix boyu bütün dövlətlərin xüsusi casusları olmuşdur və onların vasitəsilə düşmənin niyyətindən xəbərdar olardılar.
 
 
 
Bəs İslam dini casusluq mövzusuna necə baxır?
 
Əgər şəxsi müstəvidədirsə, İslam dini casusluğa pis baxır. Buna təftiş deyilir. Dinimiz müsəlmanların biri-birini təftiş etməsinə yaxşı baxmır və bunu bəyənmir. İstəmir ki, başqaları həmin müsəlmanın gizli sirlərindən agah olsun.
 
Ancaq o zaman ki, söhbət düşməndən düşür – o zaman təftiş və ya casusluq mövzusu aktual olur və dinimiz onu heç də pis hesab etmir.
 
 
 
Həzrət Peyğəmbər (s) Ühüd və Bədr döyüşlərindən əvvəl düşmən haqqında məlumat toplamaq üçün kəşfiyyatçıları göndərir və Abbas ibni Əbdulmüttəlibdən istəyir ki, Məkkədə qalıb xəbərləri ona çatdırsın.
 
 
 
İmam Əli (ə) də Peyğəmbər (s) kimi döyüşə başlamazdan əvvəl kəşfiyyatçıları göndərər və düşmənin vəziyyətindən xəbərdar olardı. Bəzi zamanlar isə özü şəxsən bu əməli yerinə yetirərdi.
 
 
Ona görə də deyə bilərik ki, dinimiz o zaman ki, düşməndən qorunmaq mövzusu irəli gələr – o zaman casusluq mövzusunu bəyənir və onu lazım bilir. Ancaq müsəlmanların öz aralarında casusluq etməsini qadağan edir. (Həvzəh)
 
 
/Deyerler.org/

NUH informasiya agentliyi səhifəsindən çap edilib