Dərc edilib: 22-08-2021

https://www.nuh.az/29723-.html

Sumqayıtda yaşayış binasının yaxınlığına qumbara atılıdı - VİDEO

22.08.2021 10:07:53

LIVE

Sumqayıtda tank əleyhinə qumbara aşkarlanıb.

Xeberle.com-un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonda qeydə alınıb. Belə ki, ərazidən keçən şəxslər zibil qutusunun yaxınlığında olan sursatı görüb polisə məlumat veriblər.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qumbaranın olduğu ərazi polislər tərəfindən mühafizə edilib və aidiyyəti qurumlara partlamamış hərbi sursatın ərazidən aparılması üçün məlumat verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib