Dərc edilib: 22-08-2021

https://www.nuh.az/29726-.html

Əfsanəvi komandirin oğulları 3 bölgəni "Taliban"dan azad etdi

22.08.2021 13:31:56

LIVE

Əfqanıstanın ilk komandiri Əhməd Şah Məsudun oğulları - Əhməd Məsud və Yar Dostum "Taliban"a qarşı mübarizəyə başlayıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar vitse-prezidenti Əmrullah Salehlə birləşərək mübarizəyə start veriblər. Əfsanəbi komandirin oğulları keçmişdə "Taliban"a qarşı müqavimət qalası hesab edilən Pencşir əyalətində bir araya gəliblər.
Artıq mübarizə ilk nəticələri verib. Belə ki, Əhməd Məsud və Yar Dostuma bağlı qüvvələr Bağlan vilayətinin 3 bölgəsini azad ediblər. Qarşıdurma zamanı 100-dən çox "Taliban" silahlısının məhv edildiyi vurğulanır.
Qardaşların müqavimət qrupunda 10 min döyüşçünün olduğu deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib