Dərc edilib: 22-08-2021

https://www.nuh.az/29728-.html

Maya Sanduya müraciət – Moldovada RUMIN dili dövlət dili olsun

22.08.2021 17:16:29

Dünya

Moldovada elm adamları dövlət dilini rumın dilinə dəyişdirilməsini tələb edir. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüslə Moldova Elmlər Akademiyası çıxış edib. Onlar ölkə prezidenti Maya Sanduya, Baş nazir və Parlamentin spikerinə müraciət edərək Konstitusiyasının 13-cü maddəsində dəyişiklik edilməsini istəyirlər.

Bir müddət əvvəl Moldova Yazıçılar Şurası və Rumıniya Filologiyası İnstitutu da oxşar təşəbbüslə hakimiyyət orqanlarına müraciət edib. 


Qeyd edək ki, Moldova cəmiyyətində Sovet İttifaqının dağılması ilə birlikdə Rumıniya ilə birləşmə əhval -ruhiyyəsi çox güclüdür. İndiki hakimiyyətin gəlişi ilə bu münasibət daha da güclənib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib