Dərc edilib: 23-08-2021

https://www.nuh.az/29732-.html

Paşazadə Çeçenistanda rəsmi səfərdədir

23.08.2021 16:59:47

Maqazin

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Qroznı şəhərinə yola düşüb.


QMİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb.

Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib