Dərc edilib: 25-08-2021

https://www.nuh.az/29733-.html

Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

25.08.2021 00:51:48

Reportaj

Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov həbs edilib. 


"Qafqazinfo" xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə baxılır. Bir müddət əvvəl həbs olunan 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə bu gün də növbəti məhkəmə iclası baş tutub. 

Bugünkü iclasa A. Qasımovun ailə üzvləri gəlmədiyi üçün proses sentyabrın 30-na təxirə salınıb.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.

Xatırladaq ki, F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Murad Əhməd

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib