Dərc edilib: 25-08-2021

https://www.nuh.az/29734-.html

ABŞ Azərbaycana 10 minaaxtaran it verdi

25.08.2021 01:01:27

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxtaran itin təhvil verilməsi planlaşdırılır.


“Qafqazinfo” xəbər verir ki,  xüsusi təlim keçmiş ilk 10 it avqustun 23-də "Silk Way West Airlines" şirkəti tərəfindən təmənnasız olaraq ANAMA-ya çatdırılıb.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasiminin avqustun 26-da Bakıda keçiriləcəyi nəzərdə tutulur.

Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.

Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib