Dərc edilib: 27-08-2021

https://www.nuh.az/29741-.html

Əli Həsənovu tualetdə gizli çəkilmiş VİDEO ilə təhdid edirlər...

27.08.2021 00:24:54

Günün sitatı

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu deyir.


“Qafqazinfo”nun məlumatına görə, Ə. Həsənov “Amerikanın Səsi”nə açıqlamasında bununla bağlı daha əvvəl tvitter hesabında paylaşım etdiyini təsdiqləyib: “Mən bunu tvitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq.”

O, bunu kimlərin etməsi barədə suala belə cavab verib: “Vallah, bunu bilsəydim nə vardı ki?! Müvafiq qurumlar araşdırır.”

Fotoların harada və necə çəkildiyinə dair suala cavabında Ə.Həsənov “Bilsəydim nə var idi? Mənə bir-iki foto göndərib təhdid ediblər,” - deyə qeyd edib.

Hazırda Ə.Həsənovun sözügedən paylaşımı tvitter hesabından silinsə də, onun mətni bundan ibarət idi:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib