Dərc edilib: 28-08-2021

https://www.nuh.az/29752-.html

Qubada AD GÜNÜ, EVLİLİYİN 3 İLİ, avtoqəza və 5 nəfərin ölümü-VİDEO

28.08.2021 13:08:44

Günün sitatı

Qubadakı  qəzanın təfərrüatları məlum oldu. 

 

NUH.az-a  daxil olan məlumata görə, hadisədən  bir gün qabaq  qəzada ölən Nəriman Süleymanovun  ad günü,  Məmmədhəsən Əkbərovun isə  evliliyinin  3 ili olub.

 

Bunu qeyd etmək  üçün  dostlar - Xaçmazdakı  otellərin birinə gedib  3 xanım dəvət edərək   gecə  Qubadakı istirahət mərkəzlərinin  birində  istirahət ediblər. 

Xaçmaza  gedəndə avtomobili öz sahibi idarə edib. 

Səhər açılanda  avtomobilin sahibi yuxulu, həm də Bakıya səfəri olduğu üçün avtomobili Nəriman Süleymanova  verib ki, qızları Xaçmaza qaytarsın. 

Gecə yağış yağdığı üçün yol sürüşkən olub və avtomobilin qarşısına qəfil 2 it çıxıb. 

Və qəza nəticəsində  Nəriman Süleymanov,  Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.

 

Allah rəhmət  eləsin.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib