Dərc edilib: 28-08-2021

https://www.nuh.az/29758-.html

14 yaşlı oğlan ailə üzvlərini güllələyib öldürdü - Səbəbi...

28.08.2021 23:29:32

İdman

Türkiyənin Ordu vilayətində qandonduran hadisə baş verib.


Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.

O, polis məmuru olan atasının tapancasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb.

Nəticədə, anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma başladılıb.

Mənbə: “Haber Global”

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib