Dərc edilib: 30-08-2021

https://www.nuh.az/29765-.html

Molla Heybətulla Axundzadə HARADADIR ?

30.08.2021 01:18:03

LIVE

“Taliban” lideri Molla Hibetullah Axundzadənin Əfqanıstanın Qəndəhar vilayətində olduğu iddia edilib.

 

“Qafqazinfo” xəbər verir ki, “Ariana News” onun dörd gün əvvəl Qəndəhara gəldiyini irəli sürüb. Onun “Taliban”ın önəmli şəxsləri ilə Əfqanıstanın gələcəyi və ölkədə qurulacaq hökumət haqqında müzakirə apardığı bildirilib. Qeyd edək ki, əvvəlki “Taliban” lideri Molla Əhtər Məhəmməd Mansurun ABŞ-ın təşkil etdiyi dron hücumunda öldürülməsindən sonra 25 may 2016-cı ildə “Taliban” liderliyinə Molla Hibetullah Axundzadə seçilib. 1980-ci illərdə Sovet işğalına qarşı vuruşan qruplara qatılan 60 yaşlı Axundzadə Molla Mənsurun köməyi ilə vəzifəsini davam etdirirdi. Axundzadənin 2016-cı ildə yoxa çıxmasına qədər 15 il Pakistanın Əfqanıstanla sərhədinə yaxın bir kənddə dini mühazirələr və moziələr verdiyi məlumdur. Hazırda onun harada olduğu bilinmir. 2020-ci ildə “Foreign Policy” nəşrində yayılan xəbərə görə, Axundzadə yeni növ koronavirusdan vəfat edib. Bu iddia “Taliban” tərəfindən rədd edilmişdi. Axundzadənin yalnız bir fotosu məlumdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib