Dərc edilib: 30-08-2021

https://www.nuh.az/29766-.html

Ramiz Mıxdiyev AMEA-da kamera quraşdırır

30.08.2021 08:18:20

Mədəniyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi qurumun Rəyasət Heyətinin inzibati binasında kamera sisteminin yenilənməsi və turniketlərə üz tanıma sisteminin quraşdırılması işlərinin satın alınması üzrə müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Safarof CA” MMC olub. AMEA ilə şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 25 494.84 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Safarof Ca” MMC-nin 3 mart 2014-cü il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakışəhəri Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 10, mənzil 29-da yerləşir. MMC-nin qanuni təmsilçisi Xalikov Aqşin Yaşar oğludur.
"Safaroff Ca” MMC rəqəmsal agentlikdir. "MilliÖn”, "AsanPay” və Hökumət Ödəniş Portalını "Safaroff Ca” MMC hazırlayıb. Bu barədə şirkətin rəsmi internet səhifəsində qeyd edilib. Eyni zamanda bəlli olur ki, Aqşin Xalikov həm də şirkətin təsiçisidir. Lakin MMC-nin başqa təsisçisi də var: Çingiz Səfərov. O həm də şirkətin kreativ direktorudur.
AMEA-nın prezidenti Prezident Adminstrasiyasının keçmiş rəhbəri akademik Ramiz Mehdiyevdir. O, 2019-cu ildən bu vəzifədədir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib