Dərc edilib: 01-09-2021

http://www.nuh.az/29778-.html

Əhalisi MİLYARD olan Çin, Hindistan uşaq pulu verir, Azərbaycan isə...

01.09.2021 00:44:33

LIVE

"İnsanlar özləri üçün övlad böyüdürlər, niyə hökumət onlara yardım edib uşaq pulu verməlidir” deyənlərin əksəriyyəti Sovet hökumətinin verdiyi uşaq pulu ilə böyümüş adamlardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov dövlətin ailələrə uşaq pulu dəstəyini şərh edərkən deyib. Ekspert hökumətin ailələrə uşaq pulu verməsinin səbəblərini açıqlayıb:
"Nəyə görə hökumət uşaq pulu verməlidir? Birincisi, uşaqlar Azərbaycanın gələcək qurucularıdır. Bundan əlavə, Aərbaycanı müdafiə edəcək əsgərlər və iqtisadiyyatı inkişaf etdirəcək şəxslərdir. Ümumiyyətlə, indiki uşaqlar gələcəkdə Azərbaycanın inkişafı ilə məşğul olacaqlar. Onların sağlam böyüməsi kimə lazımdır? Onların savadlı olması, yaxşı təhsil alması dövlətimizə lazımdır. Düzdür, bunun ailəyə də yardmı dəyir. 44 günlük müharibədə şəhid olanların əksəriyyətinin 18-19 yaşları vardı. Onlar həyatda nə əldə etdilər? Heç nə? Həyatlarını vətən üçün qurban verdilər. Bu gün bizim əsgər və zabitlərimiz çəkdiyi əziyyətə görə adekvat əmək haqqı ala bilirlər? Yox, digər ölkələrlə müqayisədə, görürük ki, bizdə əmək haqqı aşağıdır. Belə olan halda dövlətin üzərinə bir öhdəlik düşür. İndiki uşaqların normal böyüməsi, onların yaxşı təhsil alması, dünyagörüşünün formalaşmasını dövlət təşkil etməlidir. Ölkədə təxminən 5% əhali yaxşı yaşayır. Onlar uşaqları, uşaqlarının uşaqları üçün də maliyyə resursları yığırlar. Yaxşı, qalan əhali neyləməlidir? Onların da övladları var”.
 
 
Vahid Məhərrəmov bildirib ki, bəzi ölkələr 18, bəzilərində isə 25 yaşına kimi uşaq pulu verilir:
"Bizdə isə əsas gətirirlər ki, guya Azərbaycanda 5-6 uşaq dünyaya gətirib, yalandır. Statistikaya baxın, hardasa bir-iki ailə olar ki, onlar da müəyyən səbəblərdən 2-3 uşaq dünyaya gətir. Hər ailədə bir uşaq böyüyür. Bunu əsas gətirib, dövlətə uşaq pulu verməməsi ilə bağlı siqnal vermək absurddur. Azərbaycanın kifayət qədər maliyyə resursları var. Niyə hər şeyə pul tapırlar, amma uşaq puluna yox? Bircə ölkə tapın ki, orda uşaq pulu Azərbaycandakı kimi verilir. Yoxdur. Əhalisi çox olan ölkələr - Hindistan, Çin hamısı uşaq pulu verir, niyə Azərbaycan verməsin? Bu gün uşaq pulu çox vacibdir. Əhalinin demoqrafik inkişafı bunu tələb edir”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib