Dərc edilib: 01-09-2021

https://www.nuh.az/29779-.html

ŞOK-Azərbaycanda 1 kubmetr SU 40 MANATA başa gəlir-Korrupsiya

01.09.2021 01:02:40

Maraqlı

"Büdcədən maliyyələşən dövlət qurumlarının sayının artması, əslində, büdcə oğurluğunun bir variantıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli Azərbaycanda bazar iqtisadiyyatı tələbinin əksinə olaraq dövlət büdcəsindən maliyyələşən qurumların sayının azalmaq əvəzinə artmaqda davam etməsinə münasibət bildirərkən deyib. 
Ekspertin fikrincə, bu hal onu göstərir ki, Azərbaycan hökuməti hələ də büdcə şəffaflığını təmin etməkdən uzaqdır: 
"Ölkədə fəaliyyət göstərən bir çox dövlət şirkətinin göstərdiyi xidmətlər Avropa səviyyəsində olan qiymətlərdən belə bahadır. Məsələn, "Azərsu” bir kubmetr suyu 40 manata hasil edir. Onun bir manatını abonent ödəyir, 39 manatı isə qurum büdcədən alır. Deməli, dövlət büdcəsindən maliyyələşən qurumlar nə qədər çox olursa, büdcə oğurluğu da bir o qədər çoxalır. Yaranmış vəziyyət onu göstərir ki, Azərbaycan hökuməti hələ də ölkədə şəffaf büdcə sisteminə keçmək barədə düşünmür. Bütün şirkətlər korrupsiya tarlası və büdcədən pul oğurlamaq maşınıdır. Onun nəticəsidir ki, büdcədən maliyyələşən təşkilatlar azalmaq əvəzinə, hələ də artır”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib