Dərc edilib: 02-09-2021

https://www.nuh.az/29791-.html

DTX-nin həbs etdiyi icra başçısı QİSMƏN RÜŞVƏT aldığını etiraf etdi

02.09.2021 21:42:52

Kriminal

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə ilk baxış iclası keçirilib.


"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra Mahir Quliyev və şahidlər dindirilib. Sabiq icra başçısı ifadə verərkən özünü qismən təqsirli bildiyini deyib.

Məhkəmə prosesi sentyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib