Dərc edilib: 02-09-2021

https://www.nuh.az/29796-.html

Hacıbala Abutalıbov Seda Sayanı satın aldı (FOTO)

02.09.2021 23:11:12

İqtisadiyyat

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın alıb.

Demokrat.az   məlumatına görə, sözügedən bina İstanbulun Yeşilköy bölgəsində yerləşir.
İsrafil Abutalıbov həmin binanı təmir etdirərək özünə ofis yeri seçib.
Hacıbala Abutalıbovun oğlunun Seda Sayanın sənətinin vurğunu olduğu deyilir.
Bundan əlavə, İsrafil Abutalıbovun xanımının çadralı geyimdə oğlunu İstanbulda məktəbə gətirib-aparması məktəb direktorunun etirazına səbəb olub. Əvəzində isə İsrafil Abutalıbov azyaşlı oğlununun təhsil aldığı həmin məktəbi tam təmir etdirib.
Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk işadamı kimi "Abu Bəkir" adı ilə biznes fəaliyyətilə məşğul olur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib