Dərc edilib: 03-09-2021

https://www.nuh.az/29803-.html

Boğulan şəxsi xilas etmək istəyən POLİS özü də batdı - Foto

03.09.2021 10:58:04

Hadisə

Dünən saat 18 radələrində Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.


DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb.

Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə həlak olub.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib