Dərc edilib: 04-09-2021

https://www.nuh.az/29809-.html

Çində 9 MİN illik keramika qabda PİVƏ tapıldı

04.09.2021 10:36:49

LIVE

Arxeoloqlar Çinin cənub-şərqində 9 min illik keramika qabları tapıblar. 

Qaynarinfo xəbər verir ki, qabların içərisində pivə istehlakına dair sübutlar aşkar edilib. 
Keramika qablarının tapıldığı qazıntılarda iki insan skeleti də olub. Buna görə də araşdırma qrupu ehtimal edir ki, pivə ölülərə hörmət üçün mərasimin bir hissəsi olaraq istehlak edilib.
Qiaotou adlanan məzar yeri futbol sahəsinin dörddə üçü böyüklüyündə olub. Sahədə saxsı qablarla dolu bir neçə çuxur və insan qalıqları aşkar edilib.
Bu çuxurlardan çıxarılan qablarda spirtin olduğuna dair sübutlar var. Nişasta, fosilləşmiş bitki qalıqları və göbələk qalıqları kimi qədim çöküntülər bu qablara pivənin töküldüyünü göstərir.
Araşdırmaçılardan ibarət qrup "PLOS One” elmi jurnalında öz nəticələrini dərc edərək, qabların daxili səthlərindəki mikrofosil qalıqlarını təhlil edib və spirtin istehlak məqsədi ilə istifadə edildiyini təyin edib.
Qazıntı sahəsində ümumilikdə 4 kasa, 9 kavanoz və 7 uzun boyunlu kavanoz aşkar edilib. Təhlilə görə, bu qabların bəzilərində 9 min il əvvəl düyü pivəsi olub.
ABŞ-dakı Dartmouth Kollecindən bir arxeoloq və araşdırmanın aparıcı müəllifi Jiajinq Vanq sözügedən içki haqqında ətraflı məlumat verib: 
"Bu, düyüdən, Əyyubun göz yaşları (Coix lacryma-jobi) adlanan bir dənədən hazırlanan mayalanmış içkidir və kökləri məlum deyil. Bu qədim pivə indikindən fərqli idi. Yəqin ki, bir az mayalanmış, şirin içki idi və bulanıqlığı da olub".
Qiaotounun keçmiş sakinləri içkilərində düyü istifadə etmələri təəccüblü deyil. Çinin cənubundakı bu bölgə bu gün də əsas düyü istehsalçısıdır. Dulusçuluq keyfiyyətinə diqqət yetirən arxeoloji qrup, bu pivənin lüks bir əşya ola biləcəyi qənaətinə gəlib. Onların fikrincə, bu içki yəqin ki, yalnız vacib mərasimlərdə üçün verilirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib