Dərc edilib: 04-09-2021

https://www.nuh.az/29812-.html

Prezident Orxanla Lamiyəni təbrik etdi

04.09.2021 12:09:43

Siyasət

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançıları təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı bununla bağlı rəsmi tvitter hesabında paylaşım edib.
 
“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”, - deyə Prezident qeyd edib. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib