Dərc edilib: 04-09-2021

https://www.nuh.az/29818-.html

Rəssam Tahir Salahovun gəlini sərxoşluqda suçlanır - FOTOLAR

04.09.2021 21:38:59

Mədəniyyət
Müğənni Aleksandr Şoua 2000-ci illərdə məşhur olmuş "Nepara" duetinin dağılmasının səbəbləri barədə jurnalistlərə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, komanda yoldaşından son ayrılığın səbəbi onun nizam-intizamı daim izləməkdən təngə gəlməsi olub. 
"Öz işinə qeyri-ciddi yanaşan adamı nizam-intizama çəlb eləmək çox çətindir. Elementar şeylərə görə müraciət etməli olursan: repetisiyanı qaçırmayın, tamaşaya gecikməyin, heç olmasa konsertə sərxoş yox, ayıq gəlin", - Şoua deyib.
"Nepara"nın keçmiş solisti Viktoriya Talışinskaya öz növbəsində, Aleksandr Şouanın ifadələrini iyrənclik adlandırıb, "hay-küy salmağı dayandırmağı" və köhnə-yeni "Nepara"nın dürüst şəkildə populyarlığını artırmağı tövsiyə edib.
"Nepara" pop dueti 2002-ci ildə Aleksandr Şoua və Viktoria Talışinskaya tərəfindən yaradılıb. 2012-ci ildə Aleksander Şoua solo karyera qurmaq qərarına gəldikdən sonra üzvlər kollektivin dağılmasını elan ediblər. Ancaq bir il sonra, 2013-cü ildə "Nepara" eyni heyətlə yenidən çıxış etməyə başlayıb. 2019-cu ilin sentyabr ayında Şoua rəsmən elan edib ki, duet artıq yoxdur və qrupun hər iki üzvü ayrı-ayrılıqda çıxış edir. Ancaq bir il sonra o, "Nepar” markasının müəllif hüquqlarını alıb və 2020-ci ildə qrupu yeni bir heyətlə təqdim edib. Qrup duetdən üçlüyə çevrilib, Aleksandr Şoua iki vokalçı - Darya Xramova və Marianna Arutyunyan ilə birlikdə çıxış edir.
Viktoriya Talışinskaya 2019-cu ildən "2 OKeana" duetində oxuyur.
Qeyd edək ki, Viktoriya Talışinskaya ilk dəfə iş adamı Eldar Musa oğlu Talışınski ilə evlənib. Onlar 2004-cü ildə boşanıb.
2009-cu ildə, o, bankir Stanislav Vladimiroviç Çepurovla evlənib, 2012-ci ildə boşanıb.
2015 -ci ildə məşhur azərbaycanlı rəssam Tahir Salahovun oğlu, rəsm bərpaçısı İvanla evlənib. 29 oktyabr 2016-cı ildə onların Varvara adlı qızları dünyaya gəlib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib