Dərc edilib: 05-09-2021

https://www.nuh.az/29822-.html

Qorbaçovun köməkçisi SSRİ-nin dağılmasının ƏSAS SƏBƏBİNİ...

05.09.2021 12:40:16

LIVE

"Qida ilə bağlı problem SSRİ-nin dağılması üçün əsas səbəbi idi". 

 
Publika.az xəbər verir ki, bunu Mixail Qorbaçovun köməkçisi Oleq Ojerelev Lenta.ru-ya müsahibəsində deyib.
 
Onun fikrincə, yenidənqurma dövründə Sovet İttifaqında islahatlar aparılmasına baxmayaraq, kəsir fəlakətli nəticələrə gətirib çıxardı:
 
"Niyə yüz minlərlə insan Manej meydanına (1990-cı ildə) daxil oldu? Bu, Qorbaçovun diktatorluq qabiliyyətinin olmaması və ya demokratiyanın yoxluğu səbəbindən deyildi. Ərzaq qıtlığı səbəbindən idi. Dükanlar boş idi, məhsulları almaq olmurdu".
 
Qorbaçovun keçmiş köməkçisi hesab edir ki, SSRİ-nin "dəfnində" kənd təsərrüfatı həlledici rol oynadı.
 
Ojerelev vurğulayıb ki, mağazalarda ərzaq məhsulları olsaydı, Sovet rəhbərliyi ölkənin dağılmasının qarşısını ala bilərdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib