Dərc edilib: 05-09-2021

https://www.nuh.az/29824-.html

"Peyvənd olunmayanların pensiya və yardımları dayandırılacaq"

05.09.2021 14:19:15

İqtisadiyyat

Sosial şəbəkələrdə Ağcabədidə ABB - Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.

"COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.
"Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb. Bankdan bildirilib ki, belə bir tələb yoxdur:
"Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib