Dərc edilib: 07-09-2021

https://www.nuh.az/29839-.html

Azərbaycan-Avar İctimai Birliyi Balakəndə tədbir keçirdi

07.09.2021 12:14:11

Cəmiyyət

Tədbirdə Qarabağ müharibəsi qəhrəmanları, iş adamları iştirak edib...


Balakən rayonunun Qabaqçöl qəsəbəsində Azərbaycan-Avar İctimai Birliyinin  sədri  Məhəmməd Nooyevin rəhbərliyi altında iş adamlarının dəstəyi ilə əslən Balakən rayonundan olan II Qarabağ Vətən müharibəsinin qəhrəmanları Ramazan Hudulov, Fərid  Əliyev  və digər zabit və qazilərin iştirakı ilə  2021-ci ildə ali məktəblərə daxil olmuş bir qrup gənclərlə görüş keçirilmişdir. 

Görüşdə öncə Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Tədbiri açan Birliyin sədri Məhəmməd Nooyev 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq  göstərmiş zabitlərimizin, əsgərlərimizin keçdiyi şərəfli həyat yolundan danışmış  və qazilərimizə sağlam ömür diləmişdir.

Sonra Vətən Müharibəsi qəhrəmanları Ramazan Hudulov, Fərid  Əliyev və zabit yoldaşları keçdikləri şərəfli yoldan danışmışlar.  Çıxış  edənlər  2021-ci ildə ali məktəblərə yeni  daxil  olmuş bir qrup  tələbələri təbrik etmiş, onlara gül və hədiyyələr vermiş   və təhsildə uğurlar  arzulamışdır.  Tədbirdə iş adamları Musa Dibirov, Hacı Dibirov, Şaban Eminov və digərləri çıxış edərək qazilərimizə, zabitlərə və  tələbələrə uğurlar arzulamışlar. 

Yeni tələbə adını qazanan  gənclər diqqət və qayğıya görə, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.  Tədbir vətənə həsr olunmuş musiqi və mahnı ifaları ilə yekunlaşmışdır.

 

    

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib