Dərc edilib: 07-09-2021

https://www.nuh.az/29844-.html

Cəmil Babayev Azərbaycana qaytarıldı

07.09.2021 22:05:54

LIVE

Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev geri qaytarılıb.

Bu barədə Qaynarinfo-ya Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakıya qaytarılıb.

İki erməni əsir isə Ermənistana təhvil verilib. Bu ermənilərə qarşı Azərbaycanda heç bir cinayət işi açılmamışdı. Onlar azaraq Azərbaycan ərazisinə keçmişdilər.
 
20.14
 Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş verib.
Qaynarinfo "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Azərbaycana Cəmil Babayev, qarşı tərəfə isə iki erməni təhvil verilib.
Proses Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib