Dərc edilib: 08-09-2021

https://www.nuh.az/29850-.html

İcra başçısı həbsxanada vəfat etdi

08.09.2021 13:42:04

Cəmiyyət

Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

 


 Axar.az-in  məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.

 

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib