Dərc edilib: 09-09-2021

https://www.nuh.az/29857-.html

“Taliban” qadınlara idman etməyi qadağan etdi

09.09.2021 07:56:44

LIVE

“Taliban” Əfqanıstanda qadınlara idmanla məşğul olmağı qadağan edib.


“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə hərəkatın mədəniyyət üzrə komissiya sədrinin müavini Əhmədulla Vasik bildirib. O qeyd edib ki, qadağa kriket oyunçularına da aiddir:

“Qadınların kriket oynamasına icazə verilməyəcək. Çünki lazım deyil. Kriketdə elə bir vəziyyət yaranar ki, onların üzləri və bədənləri görünə bilər. Buna da İslam və İslam Əmirliyi icazə vermir”.

Vasikin sözlərinə görə, “Taliban” bu məsələ ilə bağlı hər hansı güzəştə getməyəcək.

Qeyd edək ki, kriket Əfqanıstanda ən məşhur idman növüdür.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib