Dərc edilib: 11-09-2021

https://www.nuh.az/29878-.html

Qərargah koronavirusdan ölən insanların meyitlərinin yandırılması...

11.09.2021 00:40:00

LIVE

ABŞ-da koronavirusa qarşı vaksindən imtina edən məmurlara xəbərdarlıq olunub. 


Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. Psaki deyib ki, federal hökumət işçiləri peyvənddən imtina etdikləri təqdirdə işdən çıxarılacaq."Ümid edirəm ki, məsələ işdən çıxarılmaq həddinə çatmayacaq. Bizim vəzifəmiz peyvəndlərin təhlükəsizliyi və effektivliyi haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir", - Psaki vurğulayıb.

Azəbaycanda da vaksindən imtina edən müəllimlərə xəbərdarlıq edilib. Təhsil Nazirliyi pandemiya dövründə təhsil işçilərinin qarşısına vaksin olunmalarını tələb kimi qoyub. Səhhətində problem olan müəllimlər "əks-göstəriş sertifikatı" təqdim etməlidirlər, ya da həmin təhsil işçiləri təhsil müəssisələrinə buraxılmayacaq. Qeyd edək ki, ötən gün mətbuata açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev vaksin vurdurmayan və "əks-göstəriş sertifikatı" olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələnin müzakirə olunduğunu, bununla bağlı Nazirlər Kabinetində yeni qaydaların hazırlandığını deyib.

Dünyada yaxın müddətdə vaksinin məcburi olacağı müzakirəsi gedir. Ölkəmizdə tək təhsil işçilərinin deyil, Amerikada olduğu kimi məmurların, həmçinin digər iş yerlərində işləyən, lakin vakinləşmədən boyun qaçıran şəxslərin də məcburi vaksinləşməsi prosesi aparıla bilərmi?

Tibbi qaydaların mahiyyətində vətəndaşın məcburi vaksinasiyaya cəlb edilməsi barədə qızıl qayda varmı? Əks halda, həmin şəxslərin işdən kənarlaşdırıla bilərmi?

Mövzu ilə bağlı Cebhe.info- ya ATU dosenti Ədalət Rüstəm danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Konstitutsiyasına görə nəinki peyvəndi, hətta ağrıkəsici kimi istifadə edilən analgin, dimidrol vətəndaşın razılığı olmadan ona vurula bilməz. Hər şey könüllü olmalıdır:

“Amma vaksin vurdurmayan şəxsin də iş mühitində digərinin həyatına təhlükə yaratmaq hüququ yoxdur. Yəni Konstitusiyaya görə, qarşı tərəfin də öz sağlamlığını qorumaq hüququ var. Bu zaman şəxsin özünü qorumaq üçün vaksinləşməyən digər şəxsi kənarlaşdırmaq hüququ var”.

Ədalət Rüstəm bildirib ki, nəinki dövlət qurumlarının əməkdaşları, həm də özəl sektorda işləyənlər işə buraxılmamalıdır: “ABŞ- da vaksinasiya ilə bağlı verilən qərar təmamilə düzdür. Azərbaycanda da belə olacaq. Koronavirusa qalıb gəlməyin yeganə yolu budur”.

Dosent əlavə edib ki, əgər Operativ Qərargah virusun təhlükəliliyi baxımından dünyasını dəyişən insanların meyitlərinin yandırılması barədə qərar versə, deməli, hətta nəşlər yandırılmalıdır: “Bu, tibbi baxımdan uyğun haldır”.

Şəlalə Babayeva
Cebhe.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib