Dərc edilib: 12-09-2021

https://www.nuh.az/29890-.html

Putinin TOYU - FOTOLAR

12.09.2021 10:48:33

Maqazin

Rusiya Prezidenti Vladimir Putinin şəxsi həyatına aid arxiv fotosu üzə çıxıb.
 
Modern.az xəbər verir ki, foto Putinin evlilik gününə təsadüf edir.
 
Sosial şəbəkələrdə və xarici mediada böyük maraq doğuran şəkil 1983-cü ildə Leninqradda – Rusiyanın indiki Sankt-Peterburq şəhərində lentə alınıb.
 
 
 
Qeyd edək ki,  Rusiya lideri 2013-cü ilin yayında rəsmən boşanıb. Putin Lyudmila Şkrebneva ilə 1983-cü ildə evlənmişdi. Onların iki qız övladı var.
 
Putindən ayrılan Lyudmila bir müddət sonra yenidən ailə qurub. Onun gizli şəkildə Artur Oçirednıy adlı iş adamı ilə nikaha girdiyi məlum olub.
 
Lyudmilanın hazırki əri Artur Oçeretnıy eks-birinci ledinin himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir. Arturun Lyudmiladan 20 yaş kiçik olduğu deyilir.
 
 
Putinin şəxsi həyatında gəlincə, onun vaxtilə idmançı və deputat olan Alina Kabayeva ilə münasibətdə olduğu və onunla ailə qurduğu bildirilir. Yayılan şayiələrə görə, 2013-cü ildə Putin 31 illik xanımından məhz Kabayevaya görə boşanıb. 
 
Qeyd edək  ki, Alina Kabayeva 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Onun anası müsəlman tatar, anası isə rusdur. 2000-ci ildə Sidneydə keçirilən olimpiya oyunlarında Alina gümüş medal sahibi olmuşdu. İddialara əsasən, məhz bundan sonra Putinlə onların arasında sevgi macərası başlayıb. Alina qələbəsindən sonra Rusiyann ən gözəl qadınları sırasında daxil olmağı bacarıb. Daha sonra Putinin liderlik etdiyi partiyadan parlamentə namizədliyini verib və deputat seçilib.
 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib