Dərc edilib: 13-09-2021

https://www.nuh.az/29899-.html

Dini Komitənin Aparat rəhbəri koronavirusdan öldü-2 doz vurdurub

13.09.2021 13:09:18

Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, 1955-ci il təvəllüdlü Alim Süleymanov bu gün xəstəxanada dünyasını dəyişib.


Bu barədə “Qafqazinfo”ya komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva məlumat verib.

Onun sözlərinə görə, A. Süleymanov bir müddət idi ki, koronavirusa yoluxmuşdu: “Buna görə də xəstəxanada müalicə alırdı. Bu gün isə orada vəfat edib”.

Y. Əliyeva, həmçinin qeyd edib ki, mərhum Aparat rəhbəri hər iki doza peyvənd qəbul etmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib